Ermənistanda dəhşətli partlayış: xəsarət alanlar var

30.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Vanadzor şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Partlayışdan sonra obyektdə yanğın başlayıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli yanıq diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.

Partlayışın səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью