Ermənistanda dörd Rusiya vətəndaşı həbs edilib

07.02.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İrəvan metrosunda xuliqanlıqda şübhəli bilinərək saxlanılan Rusiya vətəndaşları iki ay müddətinə həbs edilib.

APA xəbər verir ki, bu barədə “Şamşyan” kriminal xəbər portalı məlumat yayıb.

Müvafiq qərarı Ermənistan İstintaq Komitəsinin müraciəti əsasında Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi qəbul edib.

Daha əvvəl daxil olan məlumata görə, metroda vandalizm aktları törətdiklərinə görə dörd Rusiya və bir Litva vətəndaşı ölkə ərazisində saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью