Ermənistanda əhali etiraz aksiyası keçirir FOTOlar

23.01.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın kiçik və orta biznes sahibləri hökumət binası qarşısında toplaşaraq dövriyyə vergisinin 5%-dən 10%-ə qaldırılmasına etiraz ediblər.

Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, bir vaxtlar Baş nazir Nikol Paşinyanın  "Bu, xalqın qapısıdır, onu açıb istədikləri kimi içəri girə bilər" dediyini əsas gətirərək insanlar binaya girməyə cəhd ediblər.

Bu, yanvar ayı ərzində baş verən ikinci böyük etiraz aksiyasıdır. Daha əvvəl qızıl alverçiləri də eyni səbəbdən narazılıqlarını bildiriblər.

Sahibkarlar hökumətdən yeni vergi dəyişikliyinə yenidən baxmağı və kiçik biznesin qorunması üçün tədbirlər görməyi tələb edirlər.

Fidan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью