Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə cəlb ediləcək

08.05.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə cəlb ediləcək. 


Missiya.Az "Hraparaka"a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bugünkü iclasında qəbul edilib. 

Təlim məşğələləri ehtiyatda olan hərbi qulluqçuların hərbi vərdişlərinin artırılması, peşə hazırlığının və hazırlığının təmin edilməsi, ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması və döyüş növbəsinə cəlb edilməsi məqsədilə elan edilir. Elan edilmiş təlim məşğələlərinə hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb olunur. 

Təlimlər 2025-ci il iyunun 3-dən avqustun 22-dək keçiriləcək. 

Nurlana Əhmədova
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью