Ermənistanda əsgər ölümləri: MN də istefalar olacaq KİV

14.08.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan ordusunda hərbçilərin ölümü ilə bağlı son hadisələr fonunda Müdafiə Nazirliyində yeni istefalar baş verə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yaıb.

“Hərbi sistemdə bir sıra vəzifəli şəxslərin postlarından uzaqlaşdırılması gözlənilir. Kadr dəyişiklikləri davam edəcək və digər vəzifəli şəxsləri də əhatə edəcək. Onların kimliyi hələlik açıqlanmayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, avqustun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan ordudakı vəziyyətlə bağlı bir sıra kadr qərarlarının veriləcəyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью