Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Etirazçılar Ermənistan rəhbərliyinin davranışını “məğlubiyyətçi və rüsvayçı” hesab edirlər
44 günlük müharibədə ölən erməni əsgərlərinin bir qrup qohumu Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın iqamətgahının qarşısında üzr tələbi ilə etiraz aksiyası keçiriblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, ermənilər Xaçaturyanın bu yaxınlarda Davos Forumunda etdiyi davranışdan qəzəbləniblər.
Qeyd edək ki, Xaçaturyan Forumda panel müzakirəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan neft məhsullarının Ermənistana tədarükü və üçüncü ölkələrdən yüklərin Azərbaycan vasitəsilə tranziti üçün bir neçə dəfə təşəkkür edib.
Etirazçılar inciyiblər və Ermənistan rəhbərliyinin davranışını “məğlubiyyətçi və rüsvayçı” hesab edirlər.
Prezident Administrasiyasından heç kimlə görüşə bilməyən etirazçılar həlak olanların xatirəsini yad etmək üçün Yerablur hərbi panteonuna baş çəkiblər.
Eyni zamanda, etirazçılar tələblərinin qüvvədə qaldığını bildirirlər: “Xaçaturyan üzr istəməlidir”.