Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanda müxalifət görmək mümkün olmayacaq. Bu, yarımçıq formalaşmış bir müxalifətdir”.
Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:
“Əslində, Paşinyanın əldə etdiyi nəticə onun Ermənistan cəmiyyətinin təxminən yarısının dəstəyini qazanması kimi təqdim olunur, bu isə cəmiyyətdə ciddi qütbləşmənin olduğunu göstərir.
Bu, bir tərəfdən Paşinyanın güclü olması demək deyil, digər tərəfdən isə müxalifətin zəifliyi və daxili ziddiyyətlərlə parçalanmasının nəticəsidir. Yəni, nə güclü hakimiyyət, nə də güclü və əsas müxalifət mövcuddur.
Bu, yarımçıq müxalifətdir. Müvəqqəti resurslarla gücləndirilmiş, süni şəkildə dəstəklənmiş bir müxalifətdir və Samvel Karapetyan Rusiya erməni oliqarx dairələrinin nümayəndəsi kimi gündəmə gətirilmiş, müəyyən məqsədlərlə önə çıxarılmış və müvəqqəti istifadə üçün hazırlanmış bir namizəd kimi təqdim olunur. Bu, sanki bodibildinq üzrə dünya çempionatı öncəsi idmançıların hazırlıq prosesinə bənzəyir. Paşinyana güc nümayişi göstərmək cəhdi edilib, lakin nəticədə onun nə əsas müxalifət funksiyasını yerinə yetirə biləcək resursu, nə də imkanları olduğu görünür.
Birinci məsələ budur. Kim deyir ki, sülh gündəminə yalnız əsas və ya yarımçıq müxalifət mane ola bilər? Hətta bəzən sülh gündəminə Paşinyanın həddən artıq Avropa yönümlü siyasəti də təsir göstərə bilər.
Məni daha çox diqqət çəkən məqam Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrindən biri olan Ursula fon der Lyayenin Paşinyanı təbrik edərkən səsləndirdiyi fikirdir. Orada “məxməri inqilabın ruhunun qələbəsi” ifadəsi işlədilib. Bu, ciddi müzakirə doğuran məqamdır və təhlükəli yanaşma kimi qiymətləndirilə bilər”.
Şəbnəm