Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanda hərbi hissələrdən birində hərbçinin meyiti aşkar edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, bu gün T.S. adlı hərbi qulluqçunun meyiti güllə yarası ilə tapılıb.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.