Ermənistanda hərbçi ehtiyatsızlıqdan xəsarət alıb

13.10.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda hərbçi silahdan istifadə qaydalarının pozulması nəticəsində yaralanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, hərbi növbətçilikdə güllə yarası alan Yeprem Qevorkyanın huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hərbçinin çiynindən yaralandığı qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью