Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə sentyabrın 24-də Sisiyan bölgəsində baş verib.
“24 sentyabrda hələlik müəyyən edilməyən şəraitdə baş verən partlayış nəticəsində müqaviləli hərbi qulluqçu D.K. həlak olub. Hərbçinin ailəsinə müəyyən edilmiş qaydada məlumat verilib”, – deyə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
Yayılan bəzi məlumatlarda hərbçinin intihar etdiyi də deyilir.