Ermənistanda hərbçi qəza törətdi: ölən var

14.07.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistanın Ararat bölgəsinin Marmaraşen kəndində 19 yaşlı Emanuel A.-nın idarə etdiyi "Kia Forte" markalı avtomobil 75 yaşlı Aslan A.-nın idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, sürücü Aslan A. və onun avtomobilindəki sərnişin xəsarətlərlə Erebuni Tibb Mərkəzinə aparılıb, sərnişin ölüb.

Cinayət işi açılıb. Məlumata görə, Emanuel A. müqaviləli əsgərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью