Ermənistanda hərbçilər təlimlərə çağrılır

22.11.2024

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.

Turkustan.az xəbər verir ki, müvafiq qərar layihəsi Ermənistan Müdafiə Nazirliyi tərəfindən təqdim olunub.

Bildirilib ki, qərar layihəsi rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, hazırlanması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurəti ilə əlaqədardır.

Ehtiyatda olan hərbçilərin 25 təqvim günündən çox olmayan müddətə təlimə cəlb ediləcəyi deyilir. /bakupost.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью