Ermənistanda hərbçilərin ölümü ilə bağlı iddialar təkzib edildi

20.08.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ermənistan Müdafiə Nazirliyi və İstintaq Komitəsi Çəmbərək yaxınlığında hərbçilərin iştirakı ilə baş verən qəza ilə bağlı yayılan məlumatları təkzib edib.

Sherg.az xəbər verir ki, qurumların birgə açıqlamasında əsgərlərin cəza məqsədilə əleyhqaz taxaraq qaçmağa məcbur edilməsi barədə iddiaların həqiqətə uyğun olmadığı bildirilib.

Hadisə avqustun 19-da Çəmbərəyə gedən yolda baş verib. QAZ-53 markalı yük maşını hərbçilər qrupunu vurub. Nəticədə bir əsgər ölüb, 6 hərbçi xəstəxanaya yerləşdirilib. Yük maşınının sürücüsü saxlanılıb və araşdırma başladılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью