Ermənistanda hərbçinin meyiti çaydan tapılıb

10.07.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Tavuş rayonunda 19 yaşlı hərbçinin meyiti çaydan tapılıb.

"Shamshyan.com"un xəbərinə görə, Erik A. adlı hərbçinin meyiti Getaovit kəndi yaxınlığından keçən Xaçahpyur çayında aşkarlanıb.

İlkin məlumata əsasən, o, ehtiyatsızlıq nəticəsində çaya yıxılıb və bu zaman başı daşa çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью