Ermənistanda hərbi təcili yardım avtomobili aşıb FOTO

24.07.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda hərbi təcili yardım avtomobili qəzaya uğrayıb.

Shamshyan.com saytının məlumatına görə, avtomobil Vayotsdzor vilayətində hərəkətdə olarkən aşıb.

Sürücünün xəsarət aldığı bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qəza zamanı avtomobildə olan hərbçilərin həyati təhlükəsinin olmadığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью