Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar sərtləşdirilə bilər

03.04.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda hərbi xidmətdən və təlim toplanışlarından yayınmaya görə cəzaların sərtləşdirilməsi planlaşdırılır.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin layihəsi hökumətin iclasında təsdiqlənib.

Çağırışdan yayınmaya görə həbs müddətinin 2-5 ildən 3-6 ilə qədər artırılması, təlim toplanışlarından yayınmaya görə isə 1 ildən 3 ilə qədər (hazırda 2 ilə qədərdir) müəyyən edilməsi təklif olunur.

Ədliyyə Nazirliyinin hazırladığı qanun layihəsi baxılmaq üçün parlamentə təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью