Ermənistanda hərbi xidmətlə bağlı mühüm qərar

21.10.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda yanvarın 1-dən hərbi xidmət müddətinin dəyişdirilməsi haqqında qərar qəbul edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat yayıb.

“Müddətli hərbi xidmət yanvarın 1-dən azaldılır,” – o qeyd edib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi ictimai müzakirəyə qanun layihəsi təqdim etmişdi. Layihədə məcburi hərbi xidmətin müddətinin 6 ay azaldılaraq 18 ay müəyyən olunması təklif olunur.

Qanun layihəsinə əsasən, bu dəyişiklik 2026-cı ilin yay çağırışından etibarən qüvvəyə minəcək.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью