Ermənistanda iki “qanuni oğru” saxlanılıb DİN detalları açıqladı

23.09.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda iki “qanuni oğru”nun saxlanıldığı bildirilib.

Sherg.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin polis xidməti məlumat yayıb.

Məlumata görə, 58 yaşlı şəxs qızının keçmiş həyat yoldaşının onu təhqir etdiyini öyrəndikdən sonra 56 yaşlı digər “qanuni oğru”ya müraciət edərək keçmiş kürəkəninin cəzalandırılmasını istəyib.

Həmin gün tərəflər və onları müşayiət edən şəxslər arasında insident baş verib. Daha sonra keçmiş kürəkən bir qrup şəxslə İrəvandakı otellərdən birinə gedərək keçmiş qayınatası ilə haqq-hesab çəkməyə çalışıb, lakin məqsədini həyata keçirə bilməyib.

Polis əməkdaşları hadisədən sonra iki “qanuni oğru”nu saxlayıb. Faktla bağlı araşdırma davam edir.

Media məlumatlarına görə, söhbət “Zap” ləqəbli Andranik Soqoyan və “Gevorik Oşaakanski” kimi tanınan Gevork Melikyan barəsində gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью