Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli, azğın fransız hərbçilər ANALİZ | Icma.az
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mətbuatda işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülməsi barədə məlumat yayılıb.
O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib.
Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
Düzdür, bunu bütövlükdə baş nazir Nikol Paşinyan olmaqla Ermənistan əhalisinin hamısının adına yazmaq olmaz.
Ancaq həmin azərbaycanlı döyülərkən ətrafdakı ermənilərin onu müdafiə etdiyini bildirməyib.
Fiziki təzyiqə məruz qalarkən ətrafdakılar ona yardım etsəydilər, heç şübhəsiz bu məlumatda əks olunardı.
Təbrizliyə qarşı hücumlar Ermənistan hüquq-mühafizə sistemi, təhlükəsizlik xidmətinin də yaramaz fəaliyyətinin göstəricisidir.
Tam oxu
Xəbəri oxu