Ermənistanda ilk dəfə keçiriləcək Azərbaycanlılar da qatılır

25.11.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

16 yaşadək basketbolçuların C divizionu üzrə Avropa çempionatı ilk dəfə olaraq İrəvanda keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan Basketbol Federasiyası yayıb.

Kişilər arasında U-16 C divizionu üzrə Avropa çempionatının 2026-cı ildəki təşkilat hüququ İrəvana verilib. Turnir 2026-cı il iyulun 4-dən 12-dək keçiriləcək.

İştirakçı yığmalar bunlardır: Ermənistan, Albaniya, Azərbaycan, Moldova, San-Marino, Malta, Cəbəllütariq, Andorra, Kosovo.

Safura Bənnayeva
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью