Ermənistanda İran nömrəli avtobus aşdı: Salonda 25 sərnişin olub

28.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Sünik vilayətində Sisian-Ltsen avtomobil yolunda sərnişin avtobusu aşıb.

Publika.az xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə dekabrın 28-də saat 08:30 radələrində baş verib. İran dövlət nömrə nişanlı "Scania" markalı avtobus aşıb.

Avtobusda əksəriyyəti Ermənistan vətəndaşları olan 25-ə yaxın sərnişin olub.

İlkin məlumata görə, itki yoxdur.

Tural

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью