Ermənistanda İrana məxsus yük maşını qəzaya uğradı: ölən var

22.11.2024

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ermənistanda, Qarakilsə (Sisian)-Qafan yolunun 7-ci kilometrliyində “İveko” yük maşını qəzaya uğrayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 1974-cü il təvəllüdlü sürücü, İran vətəndaşı ölüb.

Bildirilib ki, hadisə noyabrın 22-də Şambski su elektrik stansiyası rayonunda baş verib. Yük maşını Vorotan çayına aşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью