Ermənistanda istehsal edilən məhsullara Rusiyadan yeni qadağa KONKRET

24.07.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rosselxoznadzor Ermənistandan süd məhsullarının idxalını bir sıra müəssisələrdə aparılan yoxlamalardan sonra qadağan edib.

KONKRET.az xəbər verir ki, qurumun məlumatına görə, 14–21 iyul tarixlərində keçirilən yoxlamalar zamanı Rusiyaya göndərilən süd məhsullarının istehsalında xəstə heyvanlardan əldə edilmiş südün istifadə edildiyi müəyyən olunub.

Bundan əlavə, Rosselxoznadzor bildirir:

“Ermənistanın baytarlıq xidməti əvvəllər məhsulların istehsalında yalnız yerli xammaldan və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin müəssisələrindən alınmış xammaldan istifadə edildiyini bəyan etsə də, yoxlamalar zamanı Rusiya bazarı üçün yüksək yağlı süd məhsullarının istehsalında üçüncü ölkələrdən gətirilən xammaldan istifadə edilməsi halları təsdiqlənib”.

Natiq Səlim
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью