Ermənistanda keçmiş Baş Qərargah rəisi yeni cinayətdə ittiham olunur

01.04.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İttihama görə, Akopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib.

Akopyanla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan da ittiham olunur.

Müqaviləni Movses Akopyan imzalayıb. Nəticədə 4,3 milyard dramdan artıq hərbi texnika alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью