Ermənistanda keçmiş dövlət məmuru həbs olundu

12.08.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ermənistanın müdafiə naziri Suren Papikyanın keçmiş müşaviri (baş nazirin müavini işlədiyi dövrdə), hakim Vətəndaş Sazişi Partiyasının üzvü Arşak Orduxanyan həbs edilib.

Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, ölkənin İstintaq Komitəsi bu məlumatı təsdiqləyib.

"Bir şəxs barəsində "cinayətkar birliyin yaradılması və ya idarə edilməsi" və "cinayətkar təşkilat tərəfindən xüsusilə külli miqdarda kompüter məlumatlarının oğurlanması" maddələri üzrə cinayət işi başlanıb", - deyə İstintaq Komitəsindən bildirilib.

Orduxanyan, həmçinin cinayətkar birliyin tərkibində qeyri-qanuni miqrasiyanı təşkil etməkdə, hüquqi əhəmiyyət kəsb edən sənədləri saxtalaşdırmaqda və istifadə etməkdə ittiham olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью