Ermənistanda keçmiş korpus komandiri vəzifə saxtakarlığında ittiham olunur

07.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ermənistan ordusunun 5-ci korpusunun keçmiş komandiri, polkovnik Sasun Badasyan vəzifə saxtakarlığında ittiham olunur.

APA-nın xəbərinə görə, bu barədə “Johovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin sentyabrında vəzifəsindən çıxarılan Badasyan barəsində həmin vaxt hərbçilərin attestasiya prosesinə qanunsuz müdaxilə ittihamı ilə cinayət işi qaldırılıb.

Son günlər üzə çıxan faktlar onun 44 günlük müharibə dövründə tabeliyindəki iki zabitlə birlikdə daha bir hərbçinin attestasiyadan keçdiyinə dair saxta məlumat hazırlayaraq yenidən vəzifə saxtakarlığı törətdiyini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью