Ermənistanda keçmiş şəhər meri saxlanılıb

23.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ermənistanın Vanadzor şəhərinin keçmiş meri Samvel Darbinyan qulluq mövqeyindən istifadə etməklə, xüsusilə külli-miqdarda çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb.

APA “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu ittihamla ümumilikdə 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların dördü saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью