Ermənistanda məhkəmədən qaçan məhbus saxlanılıb

27.10.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ermənistanda məhkəmə binasından qaçan məhbus polis tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 26-da Armavir şəhərindəki birinci instansiya məhkəməsinin binasından qaçan şəxs Kotayk vilayətinin Crvej icmasındakı evlərdən birində aşkarlanıb.

O, kriminal və icma polisi əməkdaşları tərəfindən saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью