Ermənistanda məhkum olunan sabiq nazir niyə dərhal azadlığa buraxıldı?

31.01.2026

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyana İrəvanda torpaq mənimsəmə ittihamı ilə 4.5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Məhkəmə eyni zamanda ona amnistiya qərarını tətbiq edib və sabiq nazir həbsə alınmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Məhkəmə sabiq qadın naziri musiqi məktəbinə məxsus torpaq sahəsini mənimsəməkdə təqsirli bilib.

Bundan əvvəl, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da bu iş üzrə ittiham olunurdular. Sonradan onlara qarşı cinayət təqibi dayandırılıb.

İş materiallarına görə, 2012-ci ildə təqsirləndirilən şəxslər hökumətə təxminən 2 milyon dollar dəyərində olan "Kitablar Dünyası" çoxfunksiyalı kompleksinin tikintisi üçün uydurma investisiya proqramı təqdim ediblər. Müstəntiqlər iddia edirlər ki, bu, onlara musiqi məktəbinə məxsus 300 kvadratmetrlik torpaq sahəsini saxtakarlıqla əldə etməyə imkan verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью