Ermənistanda məmur həbs olunub

10.09.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mehri icmasının rəhbəri Xaçatur Andreasyan həbs edilib

Ermənistanda Mehri icmasının rəhbəri Xaçatur Andreasyan həbs edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Bildirilib ki, saxlanılan Mehri icmasının rəhbəri barəsində mineral ehtiyatların qanunsuz istismarı, eləcə də bu məqsədlə rüşvət alma ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində qabaqlayıcı tədbir olaraq həbs qərarı verilib.

 Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, "eyni istintaq çərçivəsində saxlanılan digər altı nəfər barəsində də həbs və ev dustaqlığı qərarı verilib".

Əvvəllər bildirilirdi ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən rüşvətxorluqla bağlı başlanan cinayət işi çərçivəsində Mehri icmasının rəhbəri və Ətraf Mühitin Mühafizəsi Patrul Xidmətinin Sünik regional bölməsinin rəisi də daxil olmaqla səkkiz nəfər həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью