Ermənistanda məmurların istefası ilə bağlı Paşinyandan AÇIQLAMA

18.11.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Bir sıra yüksək vəzifəli məmurlardan vəzifələrindən getmələrini xahiş etdim". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.

"Mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, bir sıra yüksək vəzifəli məmurların tutduqları vəzifələrdən getməsini xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır ki, bunu ictimaiyyətə açıqlamışam.

Eyni zamanda, adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm və hər kəsə öz töhfələrinə və xahişimi başa düşdüklərinə görə təşəkkür edirəm", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью