Ermənistanda merin həyat yoldaşının obyektində atışma olub, ölən var

22.03.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ötən gecə Ermənistanın Eçməzdin vilayətindəki maye qaz doldurma məntəqəsində atışma olub.

APA-nın Ermənistan KİV-ə istinadən xəbərinə görə, nəticədə bir nəfər aldığı güllə yaralarından ölüb.

Ölənin 36 yaşlı Armavir sakini Artur Paronyan olduğu açıqlanıb.

O da məlum olub ki, hadisənin baş verdiyi obyekt Eçməzdinin meri Diana Qasparyanın ərinə məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью