Ermənistanda metro stansiyasının tikintisi lığv olundu

13.10.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Ermənistanın paytaxtı İrəvanda, İrəvan Metropoliteni üçün nəzərdə tutulmuş yeni Açapnyak stansiyasının tikintisi təxirə salınıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər məclisinin üzvü, "Mair Hayastan” fraksiyasından deputat Mesrop Manukyan məlumat verib. 

O bildirib ki, dövlət tərəfindən İrəvan meri üçün ayrılmış büdcənin azaldılması səbəbindən metropolitenin infrastrukturuna ayrılmış vəsaitin tam istifadəsi cari ildə mümkün olmayacaq. Layihənin növbəti mərhələsinin icrası isə layihənin yekun təsdiqinə bağlıdır, buna görə də tikinti işləri təxirə salınıb.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью