Ermənistanda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

19.10.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 19 oktyabr, AZƏRTAC

Ermənistanda mikroavtobus qəzaya uğrayıb.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvan - Çarentsavan marşrutu ilə hərəkət edən “Qazel” markalı mikroavtobus “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Nəticədə 10 nəfər yaralanıb.

Polisdən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar Çarentsavan Tibb Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью