Ermənistanda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

19.10.2025

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda mikroavtobus qəzaya uğrayıb.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvan - Çarentsavan marşrutu ilə hərəkət edən “Qazel” markalı mikroavtobus “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Nəticədə 10 nəfər yaralanıb.

Polisdən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar Çarentsavan Tibb Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью