Ermənistanda mitinqə gəlməyə görə pul paylayanlar tutuldular

27.05.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Ermənistanda iş adamı və "Güclü Ermənistan" partiyasının rəhbəri Samvel Karapetyanın iki tərəfdarı həbs edilib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər vətəndaşlara partiyanın mitinqində iştirak etmələri üçün pul paylamaqda ittiham olunurlar.

Xəbərdə bildirilir ki, tutulanlar 15 min dram (təxminən 40 dollar) qarşılığımda insanları mitinqdə iştiraka cəlb ediblər.

Komitənin məlumatına görə, mitinqdən sonra vəd olunan pullar iştirakçılara ödənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью