Ermənistanda müharibə başlayıb

02.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan seçki kampaniyasını əsl müharibəyə çevirib”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Güclü Ermənistan” Partiyasının lideri, hazırda ev dustaqlığında olan Samvel Karapetyan onu görməyə gələn Tavuş bölgəsinin sakinləri ilə görüşdə belə deyib.

“Üstəlik, tamamilə amansız bir müharibə. Əgər sən bu qədər döyüşkən oğlansansa, beş günlüyə Cermuka (İstisu) gedib orada döyüşməlisən. Mən “Dağlıq Qarabağ”da döyüşərdim. İndi nədənsə o, xalqımıza qarşı vuruşur”,-deyə Karapetyan bildirib. 

O, seçicilərini və həmkarlarını birləşməyə çağırıb: 

“Axı yalnız bu, siyasi hakimiyyəti gücləndirə və mövcud hökumət üzərində qələbəni təmin edə bilər”,-deyə müxalifət lideri əlavə edib.

Samvel Karapetyanın sözlərinə görə, Ermənistan qütbləşmədən qurtarmalıdır. “Bu, sadəcə iyunun 7-də  başa çatacaq siyasi mübarizədir. 

Sonra hamımız, bütün xalqımız tək bir yumruq kimi birləşməliyik. Əsas məqsədimiz ölkənin inkişafı olmalıdır. Biz onu təhlükəsiz etməliyik”,-deyə Karapetyan qeyd edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью