Ermənistanda Müstəqillik Günü qeyd olunur

21.09.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu gün, sentyabrın 21-də Ermənistan Müstəqillik Gününü qeyd edir.

Modern.az xəbər verir ki, 1991-ci il sentyabrın 21-də Ermənistanın Müstəqillik Bəyannaməsinin müddəalarına əsasən, respublikanın parlamenti ölkə ərazisində SSRİ-nin tərkibindən çıxmaq və müstəqillik əldə etmək məqsədilə referendum keçirilməsi barədə qərar qəbul edib.

Referendumda seçki hüququna malik vətəndaşların böyük əksəriyyəti – 94,39 faizi, yəni 2 milyon 43 min nəfər Ermənistanın müstəqilliyinə “hə” deyib.

Referendumun nəticələrinə əsasən, 1991-ci il sentyabrın 23-də Ermənistan Ali Soveti ölkəni müstəqil dövlət elan edib.

1991-ci il ərzində Ermənistan Respublikasının müstəqilliyini 48 dövlət tanıyıb.

1992-ci il martın 2-də isə Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) tamhüquqlu üzvü olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью