Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib

07.07.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ermənistanda məhkəmə müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

APA xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Tsarukyana qarşı dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Qaqik Tsarukyanın evində axtarış aparılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью