Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın həbs müddəti daha üç ay uzadılıb.
Modern.az xəbər verir ki, bu barədə qərarı İrəvanın Nor Nork rayon məhkəməsi qəbul edib. Qərar bu gün açıqlanıb.
Xatırladaq ki, Qaqik Tsarukyan iyulun 7-də xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib.
Daha sonra ona qarşı vergidən yayınma maddəsi ilə yeni cinayət təqibinə başlanılıb.
Sentyabrın 4-də məhkəmə “Çiçəklənən Ermənistan” Partiyasının liderinin həbs müddətini 2 ay uzatmışdı.