Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

03.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Yerevan məhkəməsi konstitusiya quruluşunu devirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunan müxalif "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyanın ev dustaqlığı müddətini daha iki ay uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, müdafiə tərəfinin etirazlarına baxmayaraq, məhkəmə prokurorun vəsatətini təmin edib.
"Bu qərar zaldakı vətəndaşların hiddətinə səbəb olub və onlar “Rüsvayçılıq!” deyə şüarlar səsləndirməyə başlayıblar", – deyə materialda qeyd olunur.
Xatırladaq ki, 2025-ci ilin iyul ayında Sarkisyan terror aktları hazırlamaq ittihamı ilə iki ay müddətinə həbs edilmişdi. Həmin ilin dekabrında isə Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi qətimkan tədbirini girov müqabilində ev dustaqlığı ilə əvəzləmişdi.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью