Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib Xəbər saytı Son xəbərlər və Hadisələr

25.11.2024

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Kotaysk əyalətində kişi qumbara partlatmaq istəyib.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Ptqni kəndində qeydə alınıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis əməkdaşları onu dilə tutaraq fikrindən daşındıra biliblər.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edilir ki, hadisə yerində döyüşə yararlı iki qumbara və narkotik vasitəyə oxşar maddə aşkarlanıb. Əməliyyat müddətində Ermənistanın daxili işlər naziri hadisə ilə bağlı bir neçə dəfə məlumatlandırılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью