Ermənistanda nazir müavini istefa verdi

29.11.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ermənistan ədliyyə nazirinin müavini istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə istefa verən Karen Karapetyan özü məlumat yayıb. 

“Bu mühüm vəzifədə ölkəmizə xidmət etmək mənim üçün böyük şərəf və məsuliyyət idi. Bu müstəsna fürsətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu müddət ərzində bizim arzularımızı bölüşən və islahat gündəliyimizi qeyd-şərtsiz dəstəkləyən bütün beynəlxalq tərəfdaşlarımıza da təşəkkür etmək istərdim”, - deyə o bildirib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью