Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. "Ermənistanda neft emalı zavodunun inşası texniki baxımdan mümkündür.
Lakin iqtisadi və geosiyasi reallıqlar nəzərə alınmadan bu ideyanı uğurlu layihə kimi təqdim etmək çətindir".
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Samvel Karapetyanın yaratdığı müxalif "Bizim yolumuz" hərəkatının hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanda neft emalı zavodu tikəcəkləri ilə bağlı vədinin iqtisadi əsaslarını və onun arxasında dayanan məqsədləri şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Ermənistanın öz neft ehtiyatları yoxdur və bu səbəbdən belə bir zavod tamamilə idxal olunan xammala əsaslanmalı olacaq: "Bu isə logistik xərcləri artırır və məhsulun maya dəyərini regiondakı rəqiblərlə müqayisədə daha yüksək edir.
Azərbaycan, Rusiya və İran kimi ölkələr həm xammal, həm də emal zəncirində ciddi üstünlüklərə malikdir.
Bu fonda Ermənistanda tikilməsi ehtimal olunan zavodun rəqabət qabiliyyətli olması sual altındadır".
Ekspert qeyd edib ki, belə bir müəssisə nəzəri olaraq müəyyən sayda iş yeri yarada və regionun infrastrukturunun inkişafına təkan verə bilər: "Lakin neft emalı zavodlarının artıq əvvəlki kimi "şəhərqurucu” rol oynamadığı da unudulmamalıdır.
Müasir zavodlar yüksək avtomatlaşdırılıb və yüz minlərlə insan üçün kütləvi məşğulluq yaratmır.