Ermənistanda Ogün Özdemirə cinayət işi açıldı VİDEO

31.03.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ermənistan İrəvanda Azərbaycan dilində danışaraq video çəkən türkiyəli gəncə qarşı cinayət işi açıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan bildirib.

O, məsələnin detallarını açıqlamayıb və, jurnalistə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanda yaşayan Ogün Özdemir bir müddət əvvəl İrəvanda olub, orada Azərbaycan dilində mahnl oxuyub, azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib, İrəvanı “tarixi torpaqlarımız” adlaandırıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью