Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

07.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan açıqlama verib.

“Bu gün iyunun 7-dir. Ermənistan Milli Assambleyasına növbəti seçkilərə düz bir il qalır. 2026-cı il iyunun 7-də keçiriləcək. Geriyə sayma başlayıb...”, o, bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью