Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib

24.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan 2024-ci ilin oktyabrında kurort şəhəri Tsaxkadzorda kazinolardan birində baş vermiş "mübahisə"dən sonra beynəlxalq axtarışa verilib.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə cinayət işi materiallarını məhkəməyə göndərən Baş Prokurorluq məlumat yayıb.

Oktyabrda Nver Tsarukyan, onun mühafizəçiləri və müəssisənin işçiləri arasında münaqişə baş verib, atəş səsləri eşidilib, daha sonra iş adamı və "Çiçəklənən Ermənistan"ın liderinin oğlu gizlənib.

"Xuliqanlıq" və "bir qrup şəxs tərəfindən soyğunçuluq" maddələri ilə cinayət işi açılıb. Nver Tsarukyan qiyabi həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью