Ermənistanda partiya sədrinin oğlu axtarışa verildi

11.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Daxili İşlər Nazirliyi "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın oğlu Nver Tsarukyanı və onun mühafizəçilərini axtarışa verib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. 

 Bildirilir ki, oktyabrın 26-da saat gecə 3 radələrində kazino işçiləri ilə Nver Tsarukyan və onun mühafizəçiləri arasında mübahisə yaranıb. Mübahisə davaya və  atışma ilə nəticələnib. 

İstintaq Komitəsindən bildirilib ki, hadisə ilə bağlı  5 nəfər barəsində cinayət işi başlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью