Ermənistanda partlayış baş verdi

29.11.2024

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Vanadzor şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin məlumatında deyilir.

Partlayışdan sonra obyektdə yanğın başlayıb. Əraziyə 4 yanğınsöndürmə briqadası cəlb edilib.

İlkin məlumata görə, 2 nəfər hadisə zamanı xəsarət alıb.

Partlayışın nədən qaynaqlandığı açıqlanmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью