Ermənistanda partlayış oldu Həbçilər yaralandı

08.07.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il iyulun 8-də, saat təxminən 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin poliqonunda keçirilən təlim zamanı minaatan mərmisinin partlaması baş verib.

Milli.Az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alanlar olub. Nazirlikdən bildirilib ki, baş verənlərin səbəblərini tam araşdırmaq məqsədilə istintaq aparılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью